GündəmManşet

Düşmən sərhəddə təxribat törətdi: ermənilərin iki əsgəri öldürülüb, 1 yaralıları var

Ermənistan tərəfi Azərbaycanla sərhəddə yenidən təxribata əl atıb. JAMAZ.İNFO Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

Nazirlik onu da bildirib ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Nazirlik bəyan edib ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Azərbaycan tərəfinin gördüyü adekvat tədbirlər nətiəsində Ermənikstan ordusunun 2 əsgəri ölüb, biri isə yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button