![](https://jamaz.info/wp-content/uploads/2020/12/2-780x450.jpg)
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan 10 noyabr sazişindən sonra Qarabağda döyüş meydanından 846 hərbçinin cəsədinin çıxarıldığını bildirib. Avinyan onlardan 246-sının tanınaraq cəsədlərinin ailələrinə təhvil verildiyini, 154 nəfərin cəsədinin tətbiq olunduğunu və daha 443 nəfərin DNT testinin aparıldığını əlavə edib. (unikal.org)