
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, həmin müraciətdə amerikalıların Ermənistan və Qarabağa səfərlər etməməsi tövsiyyə edilib.
Dövlət Departamenti Ermənistanda koronavirusun bəzi bölgələrdə yayılmasının 3-cü dərəcəyə çatdığını və yoluxma halının təhlükə törədə biləcəyini əsas götürərək, öz vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.
Aamerikalıların Qarabağa getməməsinə gəlincə isə Dövlət Depratmenti bölgədə silahlı münaqişənin qeydə alındığını qeyd edib. “Qarabağ münaqişəsində itkilər qeydə alınmağa davam edir. Davamlı atışmalar və minalar və minaatanları da daxil olmaqla artilleriya sistemlərinin istifadəsi hər il ölüm və yaralanma ilə nəticələnir. “Təmas xətti” və Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığındakı yollardan çəkinin”.
Məlumatda qeyd edilir ki, ABŞ hökuməti, Qarabağdakı ABŞ vətəndaşlarına təcili yardım xidmətləri göstərə bilməyəcəyini də bəyan edib.