GündəmManşet

Deputatın oğlu Londondakı mənzilini 1.33 milyon manata satıb-FOTOLAR

Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Həmin məlumatda deyilir ki, hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186)  94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb. “Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb”.

Həsənli qeyd edib ki, əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Onun sözlərinə görə, deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button