ManşetSosial

Dekabrın 28-nə kimi 190 manatın verilməsi başa çatacaq

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib. JAMAZ.İNFO xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcəklər.

 

Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, artıq işlərə başlanılıb, hazırda qeydiyyatdan keçən şəxslərin yoxlanılması aparılır: “Yoxlamalar sona çatdıqdan sonra siyahı tam tərtib olunacaq. Daha sonra siyahı banklara göndəriləcək ki, vətəndaşların kart hesablarına həmin vəsaitlər yüklənsin. Bu prosesin ən qısa zamanda yekunlaşdırılması planlaşdırılır”.
Qeyd edək ki, nazirlik rəsmisi bundan əvvəlki açıqlamasında 190 manatların verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra 2-3 gün müddətində yoxlamaların aparılacağını bildirmişdi. Daha sonra isə siyahıların banklara göndəriləcəyini qeyd etmişdi. Bu məntiqlə prosesin dekabrın 27-28-də yekunlaşacağı gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button