CəmiyyətManşet

David Babayandan sarsaqlama: “Azərbaycan geosiyasi məqsədlər üçün yaradılmış süni dövlətdir”  

Qarabağdakı separatçıların nümayəndəsi, özünü qondarma “DQR”in “xarici işlər naziri” adlandıran David Babayan Ermənistan mətbuatına verdiyi açıqlamasında nə qədər “savadlı” və nə qədər “bilikli” olduğunu ortaya qoyub. JAMAZ.İNFO xəbər verir ki, Babayan elə iddialarla çıxış edib ki, bunu ancaq ağıldan kəm edə bilərdi.

O deyir ki, Qarabağın Azərbaycanın tərkib hissəsində qalması mümkünsüzdür və bu istiqamətdə atılan bütün addımlar “uğursuzluğa” düçar olacaq. Onun sözlərinə görə, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması “tarixi zərurət” olmaqla yanaşı, “Qarabağ dövlətçiliyinin” min illər boyu var olmasının “əzəməti” qarşısında SSRİ belə duruş gətirə bilməyib. “Azərbayan həmin vaxt Qarabağ dövlətçiliyini məhv etmək istəyirdi. Halubiki Azərbaycan dövləti geosiyasi məqsədlər üçün süni yaradılmış bir dövlətdir. Lakin Qarabağ Qafqazsiyasətində mühüm tarixi, geosiyasi, mədəni əhəmiyyət daşıyır. Hətta SSRİ belə bunun qarşısında aciz qalmışdı”.

Babayan yenə “tarixin dərinliklərinə” girib, oradan belə bir nəticə çıxarıb ki, “Qarabağ dövləti” indiki əraziləri ilə məhdudlaşmır. “Qarabağın ərazisi DQMV ilə məhdudlaşmır. Daha böyük əraziləri əhatə edir. Məhz bu, Qarabağa yaşamaq və var olmaq imkanı verib. Düzdür, Muxtar Vilayət olaraq Qarabağ təkbaşına inkişaf etmək və öz təhlükəsizliyini təmin edə bilmirdi. Оna görə də, Ermənistanla birləşmək tələbi meydana gəldi”.

David Babayan bu qədər sərsəmlədən sonra deyir ki, əgər Azərbaycan Qarabağı özünə biləşdirərsə, o zaman həmin bölgədə “faciə” yaşanacaq. “Qarabağ Azərbayacana birləşdirilərsə, bu torpaqlarda bir erməni belə olsun qalmayacaq. Hətta geniş muxtariyyət verilsə belə ermənilər Qarabağda yaşamayacaq. Bunu hamı başa düşməlidir. Bu, bizim üçün keçmiş və qədim tariximizin geridə qalmış mərhələsidir, tarixi və siyasi səhifəsidir. Bu cür cəhdlər uğursuzluğa məhkumdur. Keçmişə qayıtmaq olmaz”.

P.S. Sözün həqiqi mənasında Qarabağdakı ermənilər sarsaqdırlar. Bunlara hansı virus bulaşıbsa, onun ilk təzahürü ağılı əldən almaq, daha sonra xəstə təxəyyülə malik olmaq, daha sonra isə sarsaqlamaqdır. Çünki ağlı başında olan biri, hətta orta məktəb səviyyəsində tarix oxumuş biri bilir ki, “Qarabağ dövləti” anlayışı yoxdur və bu ərazilər həmişə Azərbaycanın tərkib hissəsi olub. 200 il bundan öncə Qarabağa köçən ermənilərin bu əraziləri “qədim erməni yurdu” kimi təqdim etməsi isə yalandan başqa bir şey deyil və bunun isbata belə ehtiyacı yoxdur. Qaldı, Azərbaycanın “süni dövlət” olması ilə bağlı Babayanın sərsəmləməsinə, bu adam hələ də anlamır ki, Azərbaycan çoğrafiyasında onlarla dövlət qurulsa da, hamısı məhz Azərbaycana bağlı idi və həmin dövrlərdə ermənilərin Qafqazda heç izi-tozu belə yox idi. Dünyada az sayda süni dövlət varsa, onun biri elə Babayanın “bəh-bəhlə” təriflədiyi, yalmandığı Ermənistandır.

Əslində, Babayan bir məsələdə həqiqəti deyib. O özü də yaxşı bilir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və proses boyu həmin ərazilər də Azərbaycan qanunlarına tabe olacaq. Onun “belə olarsa ermənilər Qarabağda yaşamayacaq” deməsi, anlaşılandır və onlar özləri bilər. Biz kimsəni burada məcbur saxlaya bilmərik.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button