Dünən daha bir qazi intihar edib. JAMAZ.İNFO xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib.
Belə ki, Elnur Əliyev adlı 44 günlük müharibə iştirakçısı Cəlilabad rayon İcra Hakimiyyətinin binasının içində üzərinə benzin tökərək, yandırıb. Hazırda vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, Elnur Əliyev intihara təşəbbüsündən iki gün əvvəl Facebook hesabında bu addımı atacağını dolayısı ilə bildirmişdi. Onun sosial problemlərdən əziyyət çəkdiyi, müraciət etdiyi ünvanlardan rədd cavabı aldığı bildirilir.