GündəmManşet

Daha bir əsgər intihar edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. JAMAZ.İNFO APA-ya istinaən xəbər verir ki, Respublika Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, intihar etdiyi bildirilən Ramal Tağıyev Masallı rayonunun Xırmandalı kəndində anadan olub. Onun tanınmış aşıqlardan birinin nəvəsi olduğu bildirilir. Rayondan verilən məlumata görə,yaxınları mərhum əsgərin intihar etməsinə inanmırlar.

Ramal Tağıyev bu gün doğulduğu kənddə torpağa tapşırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button