
Dünən gecə axtarış qrupu Horadiz və Cəbrayıl ərazilərindən daha 41 erməni əsgərinin meyitini tapıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Məlumatda deyilir ki, 13 noyabrdan indiyə qədər döyüş bölgəsindən 933 erməni əsgərinin meyiti çıxarılıb. Şuşa şəhəri ətrafında isə bütün axtarış işləri dayandırılıb.