Prezident İlham Əliyev bu gün bir sıra sərəncamlar imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin sərəncamlardan birinə əsasən Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Digər sərəncamla isə o, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Bundan başqa, dövlət başçısının sərəncamlarıyla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunublar.