GündəmManşet

“Çəkilin, üstümüzə Arayik gəlir”: Separatçılar Azərbaycana “cinayət işi” açıblar

Azərbaycanda ataların yaxşı bir sözü var: “Keçinin əcəli çatanda buyunuzunu çobanın çomağına sürtər”. İndi, Qarabağdakı separatçıların da “əcəli çatıb”. O “əcəl” ki, nə etdiklərini özləri də bilmirlər və belə davam etsələr Bakının babat bir yumruğuna “qonaq” olacaqlar.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı bir qrup sarsaq yığışıb, qərara alıblar ki, Azərbaycana qarşı “cinayət işi” açsınlar. Həmin qondarma “cinayət işi” ondan ibarətdir ki, guya, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 6-cı bəndini “pozub”. Yəni, Laçın dəhlizi vasitəsi ilə yüklərin daşınmasına imkan vermir.

“Sarsax”ın qondarma “baş prokurorluğu”nun hazırladığı “sənəddə” o da qeyd edilir ki, guya, Azərbaycan Laçın yolunu bağlamaqla Qarabağda vəziyyəti ağırlaşdırıb və hansısa “cinayət hadisələri”nin baş verməsinə “səbəb” olub. Bu sırada separatçılar iddia ediblər ki, onların maddi və ərzaq təminatları yoxdur, hətta Ağdərə qəsəbəsində iki uşaq da bu səbəbdən ölüb. Halbuki həmin uşaqların ölməsi öz analarının məsuliyyətsizliyi səbəbindən baş verib. Bunu elə sarsaqların özləri də təsdiq ediblər. Amma günahı Azərbaycan tərəfinin üzərinə atırlar.

Həmçinin separatçılar Bakını BMT-nin 15 iyun qərarını icra etməməkdə də “ittiham” ediblər.

P.S. Qarabağdakı separatçılar çıxılmaz vəziyyətdədirlər. Onlar nə etdiklərinin fərqində deyillər. Elə bu səbəbdən də yaxınlaşan əcəllərini bir qədər də tezləşdirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button