ManşetMedia

Bu gün icra başçısı ilə toyu olan telejurnalist Aidə kimdir?

Bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovla tanınmış teleaparıcı Alidə Mustafayevanın toyudur.

Tribunainfo.az xəbər verir ki, bu, icra başçısı Seymur orucovun ikinci evliliyi olsa da, Alidə Mustafayevanın ilk nikahıdır. İcra başçısı bundan öncə sabiq deputat Şəmsəddin hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olub. Cütlük bir müddət öncə rəsmi şəkildə boşanıb. Seymur Orucov 39 yaşında, Alidə Mustafayeva isə 37 yaşındadır.

Cütlüyün toy mərasimi Bakıdakı restoranların birində baş tutacaq.

A.Mustafayeva illərdir Azərbaycan televiziya məkanında çalışır. O müxtəlif zamanlarda ATV-də “Son Xəbər”in aparıcısı, “ATV Dünya” proqramlarının aparıcısı, ANS-də “Salam, Azərbaycan” və “Xəbərçi” proqramlarının aparıcısı olub. Bir müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində “Carçı” İnformasiya Proqramının və 90 FM-də “Xəbər vaxtı” proqramının aparıcısı kimi fəaliyyətə başlayıb. 2019-cu ildə “Diqqət Mərkəzi”, “Diqqət Mərkəzi Yekun” proqramlarının aparıcısı olub. 2021-ci ildən yenidən AzTV-də fəaliyyətə başlayıb.
2022-ci il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib. 1 iyun 2022-ci ildən “Bakı Telefon Rabitəsi” MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button