ManşetSiyasət

“Biz Naxçıvana gedən yolda gömrük qoysaq, onlar da Laçın dəhlizində eynisini edəcəklər”

“Əminliklə deyirəm ki, yaxın vaxtlarda Moskvada hər hansı rəsmi görüşlər planlaşdırılmır. Ümumiyyətlə, görüşlərə gəlincə, onlar olmalıdır. Çünki bizim sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı problemlərimniz var və onlar həll olunmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu hazırda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Qaqik Melkonyan deyib.

O, “Joxovurd” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvana yol alacaq. “Biz buna yol deyirik, onlar da dəhliz deyirlər. Amma biz onlara dəhliz verməyəcəyik. Biz Azərbaycanı marşrutlarla təmin edəcəyik. Bu dəmir yolu və ya avtomobil yolundan ibarət olacaq. Necə ki, biz indi Qarabağa sərbəst gedib-gəlirik, onlar da Azərbaycan-Naxçıvan yoluna malik olmalıdırlar”.

Erməni tərəfinin bu yola nəzarət edib-etməyəcəyi ilə bağlı suala deputat aydın cavab verməyib. “Yol olanda kimin nəzarət edəcəyini müzakirə edəcəyik”.

Onun fikrincə, bu yolda, məsələn, Ermənistan-Gürcüstan sərhədində gömrük məntəqəsi olmalıdır. “Biz Qarabağa gömrük-keçid məntəqələri olmadan, yalnız keçid məntəqələrindən keçməklə gedirik. Bəlkə də elə olar ki, onlar da bizim kimi sərbəst gedib-gələ bilsinlər. Çünki biz Naxçıvana gedən yola gömrük postu qoysaq, onlar da Laçın Dəhlizinə gömrük postu qoyarlar. Bu, belə olmalıdır, yollar açılmalıdır. Qazaxdan Gürcüstana gedən Martakert-Vardenis yolu da açılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button