ManşetSosial

Biləsuvarın problemlərini işıqlandıran Niyaz Məmmədov həbs olunub

Biləsuvarda sosial problemləri işıqlandıran və sosial şəbəkələr üzərindən çıxışlar edən Niyaz Cəlal oğlu Memmedov həbs olunub. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxsə 10 sutka həbs cəzası verilib.

Rayondan verilən xəbərə görə, keçmiş icra başçısı Mahir Quliyevin həbsindən sonra Biləsuvarda sosial problemlər kifayət qədər çoxalıb. Lakin yerli İcra Hakimiyyətinin həmin problemlərə etinasız yanaşdığı qeyd edilir. Niyaz Məmmədov da bu problemləri qabardan şəxs olduğundan, onun icra başçısı Faiq Qürbətov və müavinlərinin göstərişi əsasında həbs edildiyi bildirilir.

O da qeyd edilir ki, hazırda Biləsuvarda bir çox problemlər, o cümlədən su məsələsi ciddi sıxıntı və problem olaraq qalır. Bildirilir ki, rayonun mərkəzində və kəndlərdə su ilə bağlı dözülməz vəziyyət hökm sürür. “Yolların asfaltlanması və yarıtmaz abadlaşdırma işləri səbəbində bir çox problemlər meydana çıxıb. Bürokratik əngəlləri isə camaatı boğaza yığıb”.

Rayon sakinləri bildirirlər ki, Niyaz Məmmədov məhz bu problemləri qeydə alaraq, onları sosial şəbəkələr üzərindən yayımlayırdı.

Məlumatda o da deyilir ki, Niyaz Məmmədovun oğlu Oqtay Məmmədov İkinci Qarabağ Müharibəsi qazisidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button