GündəmManşet

Bakı separatçılara ultimatum verdi: 4 əsas tələb yerinə yetirilməlidir: MARTA QƏDƏR VAXTLARI VAR

Azərbaycan tərəfinin Xankəndidəki separatçılardan tələbləri məlum olub. JAMAZ.İNFO Trinbunainfo.az-a istinadən xəbər verir ki, həmin tələblər barəsində dünən separatçıların rəhbəri Arayik Harutyunyan danışıb.

O, dünən qondarma “parlament”in nümayəndələri ilə görüşdə bildirib ki, hal hazırkı vaxta kimi rəsmi Bakı ilə separatçılar arasına heç bir birbaşa danışıq aparılmır. Onun sözlərinə görə, Azərbaycanın ünvanladığı tələblər də Ermənistan üzərindən onlara çatdırılıb.

Harutyunyan deyib ki, tələblər konkretdir. “Laçın dəhlizinin açılması üçün Azərbaycan konkret tələblər irəli sürüb. Həmin tələblərdən biri Ruben Vardanyanın Qarabağdan çıxarılması və onun fəaliyyətinə son verilməsidir.

İkinci tələb isə Ağdərədəki qızıl mədəninin fəaliyyətinin dayandırılması və azərbaycanlı ekoloqların ora sərbəst girərək, monitorinq aparmasıdır.

Üçüncü tələb Laçın dəhlizində Azərbaycan nümayəndələrinin də iştirakı ilə Rusiya sülhməramlılarıyla birlikdə sərhəd-keçid məntəqəsinin qurulması, orada rentgen-skaner avadanlıqlarının quraşdırılmasıdır. Bakı tələb edir ki, Qarabağa gələn və gedən bütün yüklər yoxlanılmalıdır.

Sonuncu tələb isə Qarabağdakı bütün ağır hərbi texnikanın çıxarılmasıdır. Onlar bu prosesin bir neçə mərhələdən artıq olmadan təmin edilməsini tələb edirlər”.

Separatçiların rəhbəri bildirib ki, onlar Azərbaycanın tələblərini yerinə yetirməkdən imtina ediblər. Bunu da onunla əsaslandırıb ki, həmin tələblər yerinə yetirildikdən sonra Azərbaycanın yenidən Laçın dəhlizini bağlamayacağına zəmanət yoxdur. Arayik deyib: “Ola bilsin ki, tələblərə rədd cavabı verdiyimiz üçün Azərbaycan dünən bir neçə saatlıq qazın verilişini dayandırıb. Onu deyə bilərəm ki, çətin günlər qarşıdadır. Vəziyyət divara dirənib”.

Xatırladaq ki, erməni mediası dünən xəbər yayıb ki, Azərbaycan Xankəndidəki separatçılara mart ayına kimi vaxt verib. Həmin vaxta qədər tələblər yerinə yetirilməsə rəsmi Bakı Qarabağda məcburetmə və ya antiterror əməliyyatlarına start verəcək.

Onu da bildirək ki, Harutyunyanın açıqladığı tələblərlə bağlı rəsmi Bakı hər hansı açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button