Qarabağdakı separatçıların nümayəndələrindən biri olan Samvel Babayan aradan çıxa bilib. JAMAZ.İNFO xəbər verir ki, Qarabağda “hakimiyyət davası” edən Babayan artıq İrəvanda olduğunu bildirib.
O, 24News kanalına açıqlamasında deyib ki, Ermənistandadır. “Mən artıq Ermənistandayam, yenə İrəvandayam”.
Qarabağdakı separatçıların digər nümayəndələrindən biri Vitali Balasanyan isə Ermənistana köçməyəcəyini açıqlayıb. O, 24News- a açıqlamasında deyib: “Mən Qarabağda doğulmuşam, Qarabağda yaşayıram və Qarabağda da yaşayacağam”.