AraşdırmaManşet

Azərbaycanlı reportyor fotoşəkil çəkdi, ermənilər Ağdam-Xankəndi yolundan qaçdılar

Məlum olduğu kimi, Azərbaycan Xankəndinə ərzaq və digər zəruri məhsulların çatıdırılması üçün Ağdam-Xankəndi yolundan istifadəni təklif edib. Bunun ardından isə həmin marşrut üzrə Xankəndinə 40 ton un göndərilməsini reallaşdırıb.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar hadisədən xəbər tutan kimi, dərhal Əsgəran istiqamətində barrikadalar quraraq, çadırlar salıblar. Onlar Azərbaycandan heç bir mal və məhsul qəbul etməyəcəklərini bildiriblər. Hətta bir qədər də irəli gedərək, “sonadək vuruşacaqlarını” deyiblər.

Lakin atalarda yaxşı bir misal var: “erməni qan gördü”. Bəli, elə atalarımız dediyi kimi, bu gün ermənilər elə ilk cəhddəcə əsgəran yolunu qoyub qaçıblar. Belə ki, onlardan bir qrupu Ağdam istiqamətində hərəkət edərək, azərbaycanlıların dayandığı yerə yaxınıaşıblar. Bununla özlərini “qorxmaz”, “cəsur” göstərməyə çalışıblar. Lakin həmin ərazidə olan azərbaycanlılardan biri əlindəki fotoaparatla çağırılmamış “qonaqlardan” bir neçəsinin şəklini çəkib. Bundan sonra “etirazçı”lar arasında çaxnaşma düşüb.

JAMAZ.İNFO xəbər verir ki, separatçıların nümayəndələri məsələdən xəbər tutan kimi, ərazidən qaçıblar. Hətta onlardan bir çoxu Əsgəranda qurulmuş barrikadaları da qoyaraq, oradan uzaqlaşıblar.

Buna səbəb isə ermənilər arasında “həmin şəxsin kimliyi artıq Azərbaycana məlumdur, onun həbsi üçün hazırlıq görülür” xəbərinin yayılması olub. Canlarına qorxu düşən ermənilər ortalıqda görünməsinlər deyə, aradan çıxıblar.

Qeyd edək ki, məlumatı Ruben Vardanyanın adamı, habelə yolun bağlanmasına rəhbərlim edə  Arşak Abramyan da təsdiqləyib. O, “Hraparak”a açıqlamasında deyib ki, azərbaycanlının fotoşəkil çəkməsindən sonra yolu bağlayanların arasında qorxu yaranıb. “Onlar şübhəsiz şəklini çəkdikləri ermənini terrorçuluqda ittiham edəcəklər. Bizdə məlumat var ki, Azərbaycan tərəfi həmin şəxsin kimliyini dəqiləşdirərək, həbsi üçün hazırlıq görməyə başlayıb”.

Abramyan Azərbaycanın texniki imkanlarının çox olduğunu, havadan belə onların sayını və yerlərini müəyyən etdiklərini etiraf edib. “Biz bilirik ki, onlar bizi havadan da çəkə bilirlər. Ona görə də, hamıdan xahiş edirik ki, sayımız, çadırların sayı və kimliyimiz barədə nə məlumat soruşsunlar, nə də xəbər yaysınlar”.

P.S. Bu adamlar o qədər rəzil və rüsva vəziyyətindədirlər ki, azərbaycanlı reportyorun fotoşəkil çəkməsindən belə qorxuya düşərək, qaçıblar. Təsəvvür edin, orada XTQ-nin bir neçə əsgəri olsaydı, nələr baş verərdi. 

Abramyana isə tövsiyyəmiz odur ki, istəyir gizlənsinlər, istəyir üzlərinə niqab bağlasınlar, lap müsəlman adəti üzrə qara çadraya bürünsələr də, xeyri yoxdur. Azərbaycan tərəfi onların hamısının kimliyini müəyyən edib, ədalət məhkəməsinin qarşısına çıxaracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button