ManşetSiyasət

Azərbaycan-Türkiyə-İran danışıqlar formatı yaradılır: Tehranda razılaşma

Məlum olduğu kimi, dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana rəsmi səfər edib. JAMAZ.İNFO xəbər verir ki, həmin səfər çərçivəsində Fidan Tehran rejimi ilə bır sıra məsələləri, o cümlədən Azərbaycan-Ermənistan və Azərbaycan-İran münasibətlərni müzakirə edib.

Qeyd edək ki, İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian mediaya açıqlamasında qeyd edib ki, onun ölkəsi regionda heç bir geosiyasi dəyişikliyi və mövcud tranzit yollarının bağlanmasını qəbul etməyəcək. O bildirib ki, İran və Türkiyə arasında tranzit yollar və yükdaşıma ilə bağlı razılaşma var. “Həmin razılaşmaya əsasən bu logistika dəyişməyəcək. Biz bölgədə mövcud tranzit yolların bağlanmasını qəbul etməyəcəyik”.

Abdullahian Azərbaycan-İran münasibətlərinə də toxunub. O deyib ki, Bakıda keçirilən son görüşdən sonra münasibətlərin tənzimlənməsi üçün yaxşı imkanlar yaranıb. “Gərginlik və münaqişələr dövrünü geridə qoyaraq, Qafqazda sülh və əməkdaşlıq dövrünə keçməyin vaxtı çatıb. Cənab prezident İlham Əliyevlə yaxşı razılaşmalar əldə olundu. Biz Ermənistan və Azərbaycan arasında razılaşmaları və dialoqları dəstəkləyirik”.

Abdullahian, həmçinin qeyd edib ki, onlar Hakan Fidanla Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə kömək etmək məqsədilə Türkiyə xarici işlər nazirinin təklif etdiyi İran-Türkiyə-Azərbaycan danışıqları formatının yaradılması ilə bağlı razılığa gəliblər. “İran İrəvanla Bakı arasında dialoqun davam etdirilməsinin, Cənubi Qafqazda kommunikasiyaların açılmasının tərəfdarıdır. Lakin regionda sərhədlərin dəyişdirilməsinə qarşıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button