
Xəbər verildiyi kimi, bu gün saat 16:00 radələrində Kəlbəcər istiqamətində yerləşən qoşunlarımızın mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, erməniləri snayper tüfəngindən açdıqları atəş nəticəsində bir hərbçimiz Şəhid olub.
JAMAZ.İNFO xəbər verir ki, baş verən hadisədən sonra Azərbaycan Ordusu düşməni susdurmaq üçün cavab tədbirləri görməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyi isə məlumat yayıb ki, Qara göl yaxınlığında baş verən atışma nəticəsində 3 erməni hərbçi yaralanıb. Onların vəziyyətinin stabil olduğu, həyati təhlükələri olmadığını bildirib.
JAMAZ.İNFO xəbər verir ki, erməni xəbər kanalları isə məlumat yayıblar ki, baş verən hadisədən dərhal sonra Azərbaycan Qara göl istiqamətinə yeni hərbi birləşmələr yerləşdirməyə başlayıb. Hətta bununla bağlı, bəzi teleqarmm kanalları videolar da paylaşıblar.
Yerli media isə həmin görüntülərdən sonra Qara göl ətrafında yerləşən erməni kəndlərində panikanın yaşandığını, bəzilərinin kəndlərdən qaçdığını bildirib. Vəziyyətin yaxşı olmadığını qeyd edən erməni mediası bildirir ki, əhali arasında yeni hərbi əməliyyatların başlaya biləcəyi barədə xəbərlər dolaşır.