GündəmManşet

“Azərbaycan Ordusu Xramortdan Xaçenagetə qədər mövqelərdə yerləşib”

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu mart ayının-dən etibarən Qarabağda mövqe və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesinə start verib. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ordumuz bir neçə mövqedə möhkəmlənərək, dəqiqləşdirmə prosesini silah işlətmədən davam etdirir.

Hazırda Azərbaycan Ordusuna qarşı erməni tərəfinin davamlı olaraq təxribatlar törətdiyi də məlum olub. Nazirlikdən bildiriblər ki, bu gün səhər saatlarında Qarabağdakı terroçu dəstələrin üzvləri havanın dumanlı olmasından istifadə edərək, Ordumuzun mövqelərinə soxulmağa və təxribat törətməyə cəhd göstərib. Lakin hərbçilərimiz sayıqlıq göstərərək, təxribatçı qrupu ərazidən uzaqlaşdırıb.

Bu açıqlamadan sonra xəbər yayılıb ki, sözügedən təxribat zamanı Azərbaycanın Xüsusi Təyinatlı Qrupu ermənilərin 2 əsgərini öldürüb, 2-ni isə yaralayıb. Qalanları isə aradan çıxıblar. Lakin itkilərin bununla yekunlaşdığı təsdiqlənmir, erməniləri itkilərinin sayının daha çox ola biləcəyi vurğulanır.

Gün ərzində bölgədə vəziyyətin necə olduğu barədə rəsmi Bakı hər hansı açıqlama verməsə də, erməni tərəfi durumlarının ağır olduqlarını bildirir. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, hal hazırda Azərbaycan Ordusu martda dislokasiya yerini dəyişdirdiyi və bu səbəbdən də Fərrux kəndində qəralaşıb.

Qəzet yazır ki, proses bununla yekunlaşmayıb. Belə ki, günorta saatlarından etibarən durum daha da ağırlaşıb. Buna səbəb Azərbaycan Ordusunun Qaraqlux yüksəkliyini, Fərrux dağının önəmli yerlərini və Daşbaşı yüksəkliyində mövqe tutmasıdır. “Hazırda vəziyyət çox gərgindir. Belə ki, Pirlər (Xramort) kəndindən Xaçenagetə qədər olan ərazilərdə şiddətli döyüşlər gedir.  Qarabağ “müdafiə ordusu” həmin bölgədə yerləşmiş Azərbaycan Ordusunun əlindən geri qaytarmağa çalışır. Vəziyyət o qədər gərgindir ki, Arayik Harutyunyan “təhlükəsizlik şurası”nın iclasını çağırıb və üzvlər onun yanındadır”.

Qarabağda siyasi fəallardan sayılan Tat-Artsax isə “Fakt” qəzetinə bildirib ki, Xankəndidən göndərilən dəstələr Pirlər və Fərrux kəndləri uğrunda döyüşlərə başlayıb. “Bildiyim qədərincə döyüşlərdə zərərçəkənlər var. Lakin onların neçəsinin yaralı, neçəsinin öldüyü barədə dəqiq məlumatımız yoxdur”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi hələ ki, erməni tərəfinin iddiası ilə bağlı hər hansı açıqlama yaymayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button