GündəmManşet

Azərbaycan Ordusu Qızılcıqdan geri çəkilib?

Məlum olduğu kimi, noyabrın 16-da Ermənistan tərəfinin təxribatı nəticəsində sərhəddə döyüşlər baş vermişdi. JAMAZ.İNFO xəbər verir ki, Laçın istiqamətində düşmən təxribatrının qarşısını alan Ordumuz 7 Şəhid vermişdi. Daha 10 əsgərimiz isə yaralanmışdı.

Bildirək ki, həmin döyüşlərdən sonra Azərbaycan Ordusu bir neçə strateji mövqeyi nəzarətinə almışdı. Onlardan biri də ermənilərin “İşxanasar” adlandırdıqları, əsl adı isə Qızılcılq kəndinin yaxınlığındakı ərazi idi. Dünən məlum olub ki, Ordumuz noyabrın 16-da nəzarəti ələ aldıqları ərazidən geri çəkilib və əvvəlki mövqelərinə qayıdıb.

Qızılcıq kəndinin icma rəhbəri Marat Petrosyan bildirib ki, onlar Azərbaycan Ordusunun geri çəkilməsindən bir gün sonra xəbər tutublar. “Harada döyüşlrə gedirdisə, artıq orada yoxdurlar. Amma nə qədər geri çəkiliblər, o barədə məlumatsızıq”.

Bundan başqa, həmin əraziyə Ermənistan hərbçiləri də gətirilməyib. Yəni, ərazi neytral zona olaraq saxlanılıb.

Petrosyan deyib ki, Azərbaycan Ordusu noyabrın 16-dan etibarən Qızılcıq dağından Gorusa çəkilən yolu bütünlüklə nəzarətə götürmüşdülər. “Hazırda həmin yoldan çəkiliblər. İndi yol açıqdır. Amma orada erməni əsgərləri də yoxdur”.

Qeyd edək ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib. Güman edilir ki, belə bir addımın atılması Soçidə keçirilən görüşdə şifahi razılaşdırılıb. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button