GündəmManşet

Azərbaycan Ordusu hansı əraziləri terrorçulardan təmizləyib? – FOTO

Azərbaycan Ordusunun keçirdiyi son antiterror əməliyyatından sonra Müdafiə Nazirliyi konkret olaraq, hansı ərazilərin terrorçulardan təmizləndiyi barədə rəsmi açıqlama verməyib. JAMAZ.İNFO xəbər verir ki, nazirlik bəzi kəndlərdə yerləşdiyini, yeni silah və sirsat anbarları aşkarladıqlarını videogörüntülərlə paylaşır.

Lakin buna baxmayaraq, cəmiyyətdə hələ də sual var ki, Azərbaycan Ordusu hansı əraziləri azad edib.

Əslində, erməni tərəfində də konkret məlumat yoxdur. Onlar da aldıqları məlumatlara əsasən hansı ərazilərin terrorçulardan təmizləndiyini xəritələr üzərində qeyd edirlər. Bu xəritəni isə erməni siyasətçi Varujan Qeqamyan paylaşıb. Onun paylaşımından belə anlaşılır ki, Qarabağın iki vacib istiqamətinə Azərbaycan Ordusu nəzarət edir. Belə ki, xəritədən məlum olan odur ki, Kəlbəcər istiqamətindən Ağdərəyə doğru geniş bir ərazini terrorçulardan təmizləyib. Bundan başqa, Ağdamdan Şuşaya doğru dar boğazı da təmizləyərək, Xocavənd rayonunu tamamilə mühasirəyə alıb.

Gələn son xəbərlər isə odur ki, erməni separatçıları Qarabağda silahlarını təhvil verməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, ilk təhvil-təslim Tərtər rayonunun Seysulan və Yamlıca kəndlərində baş verib. Lakin erməni tərəfində silahların təhvil verilməsində yekdil rəy yoxdur. Bir qrup silahlı quldur təslim olmaqdan imtina edib. Bunu Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev də təsdiq edib.

Bundan başqa, Şuşanın Kərgicahan və Malıbəyli kəndlərini də terrorçulardan təmizləyib. Qozlukörpü, Dəmirçi, Qızılqaya, Heyvalı və daha bir neçə kəndə də Azərbaycan Ordusunun nəzarət etdiyi deyilir. Həmçinin Sərsəng Su anbarının da ordumuzun nəzarətində olduğu deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button