
“Bu gün Ermənistan sərhəddində vəziyyət biabırçı şəkildədir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Qarabağdakı terrorçuların nümayəndəsi Tiqran Abramyan deyib.
O deyib ki, rəsmi İrəvan məsələ ilə bağlı heç bir dolğun və doğru olan məlumat vermir. “Birincisi, hökumət nümayəndələri məsələ ilə bağlı doğru olmayan məlumatlar verir. Söhbət sərhədlərin demarkasiyasından gedir. Bəziləri deyirlər ki, hansısa dəyişiklik baş verir. Real vəziyyət ondan ibarətdir ki, Azərbaycan tərəfi necə istəyirsə, sərhəddə o cür müəyyən edilir. Təəssüf ki, Ermənistan hakimiyyəti yalan danışmaqda davam edir və Azərbaycanın tələblərini yerinə yetirir”.