İqtisadiyyatManşet
Azərbaycan Ermənistana 40 min avro pul ödəyib
Bu ilin ilk beş ayı ərzində Azərbaycan aviaşirkətləri Ermənistana 39 968,9 avro ödəyib. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb.
Həmin məlumatda deyilir ki, sözügedən məbləğ Ermənistanın hava məkanından sitifadə edilmənin müqabilində verilib. Vəsait isə adıçəkilən ölkənin “Armaeronavigatsiya” şirkətin hesabına keçirilib.
Qeyd edilir ki, ödəniş müəyyən olunmuş qaydada Avronəzarət təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, “Armaeronaviqasiya” QSC Ermənistan Respublikasının hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.