“Biz Qarabağın 70 faizini itirmişik. İndi də başlamışıq ki, o torpaqları necə geri alaq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Haystan” blokundan olan deputat Artur Xaçatryan deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sərhəddəki qoşunları geri çəkməklə bağlı göstəriş verməsi barədə dediklərinin araşdırlması üçün komissiya yaradılmalıdır. “Həmin komissiya araşdırmalıdır ki, Nikol Paşinyan bu qərarı hansı əsasla qəbul edib”.
Xaçatryan iddia edib ki, dekabrda Azərbaycan Ordusu iki kənddə 60-dan çox erməni terrorçusunu saxlamaqla, razılaşmanı pozub. Onun sözlərinə görə, bu ilin mayında Azərbaycan hərbçiləri heç bir döyüş əməliyyatı aparmadan sərhəddə gəlib çıxdılar və bir çox əraziləri nəzarətlərinə aldılar. “Hökumət deyir ki, biz sərhədi demarkasiya və delimitasiya edirik. Bunun üçün qoşunları çıxarırıq. Amma bu proseslər başa çatandan sonra Azərbaycan geri çəkilməlidir. Əgər sabah xəritə üzərində dəqiqləşdirmələr aparılsa və razılaşma əldə olunsa, onların oradan getməyəcəklər. Bu aydın məsələdir. Və ya bu nə deməkdir: “Sünikin bir hissələri verildi ki, müharibə olmasın”. Sabah Paşinyan durub deyəcək ki, müharibə olmasın deyə Cermuxu da Azərbaycana veririk”.