ManşetÖlkə içi

Artak Beqlaryan: “Qarabağda cəmi 40 erməni qalıb”

Bir müddət Qarabağda separatçıların əsas adamı kimi çıxış edən, ara qarışan kimi Xankəndini tərk edib, Ermənistana qaçan Artaq Beqlaryan iddia edib ki, hazırda Xankəndi və ətraf rayonlarda 40 nəfər erməni yaşyır.

“Iravun”a verdiyi açıqlamasında bildirib ki, onlardan 15 nəfərinin kimliyini artıq dəqiqləşdiriblər. “Digərlərinin də şəxsiyyətini araşdırırıq. Onların sayı 40 nəfəri keçməyəcək”.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi 105 min erməninin guya, Qarabağdan köçdüyünü iddia edib. Lakin bu rəqəmlərlə indiyə qədər açıqlanan 120 min nəfər məsələsi arasında ziddiyyət var. Belə ki, indiyə qədər Qarabağda “120 min erməni yaşayır” deyən İrəvan, onun cəmi 105 min nəfərini “üzə çıxarıb”. Beqlaryanın sayla bağlı son açıqlaması isə əslində, rəqəmlərin hamısının saxtalaşdırılmasını deməyə əsas verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button