ManşetSiyasət

Armen Qriqoryan: “Ümid edirik ki, tezliklə yaxşı nəticələr əldə edəcəyik”

“Ermənistan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün fəaliyyətini davam etdirir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Azərbaycan prezidentinin xarici əlaqlərə üzrə köməkçisi Hikmət Hacıyevlə Brüsseldə görüşün baş tutmamasını prosesin dalana dirənməsi kimi təqdim etmək doğru deyil. “Mən deməzdim ki, proses dalana dirənib. Çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşüblər və bütövlükdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışıblar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls və irəli getmək üçün imkanlar var”.

Onun sözlərinə görə, Ermənistan danışıqlara hazırdır və Azərbaycan tərəfdən belə siyasi iradə olarsa, daha sürətlə irəliləmək mümkün olacaq. “Bir daha açıq şəkildə təsdiq edə bilərəm ki, erməni tərəfi substantiv danışıqlara həmişə hazırdır və Azərbaycan belə siyasi iradə göstərsə, təbii ki, biz daha sürətlə irəliləyəcəyik”.

Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib. “Bu görüş və digər məsələlər müzakirə olunur… Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq. Xarici İşlər Nazirlikləri bu istiqamətdə işləyirlər”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi onu da qeyd edib ki, Paşinyan-Ərdoğan telefon danışığı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində daha bir mühüm addımdır. O bildirib ki, Ermənistanın baş naziri və Türkiyə prezidenti üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması və yüklərin daşınması məsələlərini ətraflı müzakirə ediblər. “Hesab edirəm ki, gələcəkdə Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədləri açmaq mümkün olacaq”.

Ermənistan ərazisindən dəhlizin yaradılması məsələsinə gəlincə, o qeyd edib ki, Ermənistan dəhlizin onun üçün qırmızı xətt olduğunu dəfələrlə bəyan edib və belə bir məsələni müzakirə etməyib. “Son bir il ərzində, hətta son 6-7 ayda həm Moskva, həm də Brüssel bəyan ediblər ki, dəhliz  məsələsi heç vaxt müzakirə olunmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button