GündəmManşet

Armen Ayvazyan: “Ermənistan Azərbaycana qarşı xüsusi hərbi əməliyyata başlamalıdır”

Qarabağdakı separatçıları vəziyyətdən çıxarmaq, Laçın yolunu əvvəlki kimi nəzarətsiz, istədikləri kimi istifadə etmək üçün erməni cəmiyyəti çeşidli planlar təklif edir. Cəmiyyətin belə yanaşması, xüsusən də xəstə təxəyyüllü olarsa, qeyri-adi qarşılanmır. Lakin bunu həmin cəmiyyətin siyasi elmlər doktoru dilinə alıb danışırsa, deməli erməni xalqının durumunu daha vahiməli hesab etmək olar.

Ermənistanın siyasi elmlər doktoru, tarixçisi Armen Ayvazyan özünün Facebook səhifəsində yazır ki, Qqarabağı “mühasirə”dən xilas etməyin iki yolu var. Onun sözlərinə görə, həmin yollardan birincisi, böyük dövlətlərin Azərbaycana qarşı tətbiq edəcəyi iqtisadi sanksiyalar, zərurət yarandıqda, həmçinin birbaşa hərbi müdaxilə formasında güclü beynəlxalq təzyiqdir.

İkinci varinat kimi isə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçiriləcək xüsusi hərbi əməliyyat və yaxud çox güman ki, Azərbaycanla Qarabağ arasında genişmiqyaslı müharibə. “Sadəcə olaraq üçüncü həll yolu yoxdur, mövcud deyil. Əlbəttə ki, birinci varianta üstünlük verilir. Amma gördüyümüz kimi, Azərbaycana qarşı hələ də beynəlxalq təzyiq yoxdur. Çox gec ola bilər və ya heç olmaya bilər”.

Ayvazyan təklif edir ki, ikinci varianta üstünlük verilsin. “Buna görə də, əgər biz Qarabağ əhalisinin boşaldılması ilə barışmaq fikrində deyiliksə (bunun ardınca Sünikdə və Ermənistanın digər bölgələrində də buna bənzər mühasirələr və əhalinin azalması qaçılmaz olacaq), onda biz təcili və ciddi şəkildə ikinci varianta hazırlaşmalıyıq. Yəni, xüsusi hərbi əməliyyat və mümkün böyük bir azadlıq müharibəsi vacibdir. Bu, Ermənistanın yaşaması, erməni millətinin varlığı uğrunda həlledici döyüş olacaq və bu döyüş zamanı heç bir səbəb olmadan müttəfiqlər peyda olacaqlar”.

Erməni siyasi ekspert yazır ki, Qarabağdakı əhalinin azalmasına və təslim olmasına icazə verməklə, ermənilər “düşmən”ə müqavimət göstərmək üçün son imkanlardan məhrum olacaqlar. “Düzgün qərarlar vermək üçün çox az vaxt qalıb”.

P.S. Ayvazyan soyadlı “siyasi elmlər doktor”una sual vermək lazımdır ki, müharibəni nə ilə aparacaqsız? Hansı imkan, resursla? Əvvəllər Rusiyadan pulsuz silah alırdız, onun hesabına dingildəyirdiz. İndi Rusiyanın özünün silaha ehtiyacı var. Və nə gündədirsə, İrana, Şimali Koreyaya yalvarmaq məcburiyyətində qalıb. Belə olan halda, Moskva sizə kömək edəı bilməyəcək.

İranın verdiyi 2-3 tankəleyhinə raketə, Hindistanın hələ hədəfi düz vurub-vurmadığı məlum olmayan raketlərinə ümid bağlayırsızsa, ondan da vaz keçin. Çünki həmin silahların istifadəsinə belə imkan verilməyəcək. Çünki Azərbaycanın onları məhz etməsi üçün yetərli qədər imkanları var.

Əgər Fransaya bel bağlayırsızsa, yenə də böyük səhvə yol verirsiz. Ona görə ki, Paris gəlib sizin yerinizə burada müharibə aparmayacaq. Heç qoşun belə göndərməyəcək. Silah göndərsə belə, bunlar da elə strateji əhəmiyyət daşımayacaq.

Hə, Ayvazyan Qarabağdakı 5-6 qotur separatçını güdaza vermək, onları qırğına göndərmək niyyətindədirsə, bu ayrı məsələ. Xankəndidəki separatçıların nəinki bu gün, heç keçmişdə də təkbaşına Azərbaycanla müharibə aparmaq imkanları olmayıb, indi isə heç yoxdur. Ona görə də, keçmişi, revanşist düşüncəni, xəstə təxyyülü kənara atıb, bu günün reallıqlarını qəbul edin və dinc yanaşı yaşamaq barədə düşünün. Onun yollarını axtarın.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button