GündəmManşet

Arayikin oturduğu bina atəşə tutuldu: Separatçılar arasında silahlı “razborka” başlayıb

Dünən axşam saatlarında Xankəndidə atışma qeydə alınıb. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, hadisə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın iqamətgahının yaxınlığında baş verib.

Məlumatda deyilir ki, bir qrup silahlı şəxs həm iqamətgahı, həm də ətrafdakı evləri atəşə tutub. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

“Past” qəzeti isə yazır ki, Qarabağdakı separatçılar hadisə barədə məlumat verməkdən imtina edirlər. Arayik Harutyunyanın “mətbuat katibi” isə baş verən olayı şərh etməkdən imtina edib.

Erməni mediası olayın kifayət qədər ciddi olduğunu, məsələnin gizlin qalmasına çalışılmasının isə daxildəki narazılığın silahlı toqquşmaya çevrildiyi demək olduğunu qeyd edir.

Güman edilir ki, hadisə hansısa kriminal qruplaşmalar arasında deyil, Arayiklə onun rəqibləri arasında gedən “razborka”nın təzahürüdür. Çünki son günlər Xankəndidə silahlı “milis dəstələri”nin yaradılması intensiv şəkil almışdı. Hətta onlardan bir qrupu qondarma “parlament”ə basqın edərək, onlardan istefa vermələrini tələb etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button