GündəmManşet

Arayik sonuncu biznesini də satdı, arvadı işdən çıxmaq üçün ərizə yazıb, qızı isə məktəbdən çıxdığını açıqlayıb :Separatçıbaşı qaçmağa hazırlaşır?

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyanın bölgədəki biznesini satışa çıxardığı, böyük hissəsini də satdığına dair xəbərlər yayılıb. JAMAZ.İNFO “Pstinfo”ya istinadən bildirir ki, Harutyunyan sonuncu biznesi olan fermasını da bağlayıb.

Bağlamasına səbəb isə fermadakı heyvanların hamısını kəsdirərək, satmasıdır. Sayt etibar etdiyi mənbələrə istinadən onu da bildirir ki, Arayikin böyük qızları xeyli əvvəl Qarabağı tərk edərək, İrəvana köçüblər.Yalnız kiçik qızının həyat yoldaşı ilə birlikdə Qarabağda qaldığı deyilir.

Amma sayt başqa bir maraqlı məlumat paylaşıb. Həmin məlumatda deyilir ki, Harutyunyanın arvadı bu gün səhər saatlarında işdən çıxması ilə bağlı ərziə ilə müraciət edib. Kiçik qızı isəı əvvəllər oxuduğu Xankəndi “dövlət universiteti”ni tərk edib.

Lakin “Pastinfo” onu da qeyd edir ki, Arayik Harutyunyanın yaxın vaxtlarda istefa verəcəyi ilə bağlı Xankəndidə hər hansı xəbər yayılmayıb. “Onun son hərəkətləri belə deməyə əsas verir ki, Harutyunyan yaxın vaxtlarda Qarabağdan qaçmağa hazırlaşır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button