ManşetSiyasət

Arayik Harutyunyan: “Qarabağdan getmək istəyənlər səssiz gedə bilərlər”

Qüarabağdakı separatçıların başçısı Arayik Harutyunyan bu gün Xankəndidə jurnalistlərin qabağına çıxıb. JAMAZ.İNFO xəbər verir ki, o, bir çox sualları cavablandırıb.

Həmin suallardan biri də Qarabağda “vəzifə” tutan separatçıların ailələrinin Ermənistana köçürülməsi ilə bağlı olub. Harutyunyan jurnalistlərin bu sualını təkzib edib. O iddia edib ki, qondarma “xin başçısı”ndan başqa heç kim Xankəndini tərk etməyib. Amma o, Qarabağı tərk etmək istəyən ermənilərə də müraciət ünvanlayıb. “Qarabağı tərk edib, amma əmlakını icarəyə verənlər, gəlir əldə edənlərlə bağlı ciddi qərarlar paketini təqdim edəcəyik. Məsləhətli qərar vermək lazımdır. Nə edəcəyimizi deyə bilmərəm. Amma hesab edirəm ki, bu insanlara çox ciddi yanaşmaq lazımdır. İlk növbədə, onlar gəlir imkanından məhrum edilməlidirlər, bunu yüksək səslə bəyan edirəm. O ki qaldı, kiminsə getmək istədiyi bəyanatlarına. Kim istəsə, sakitcə, səssizcə getsin”.

Baş separatçı bəzi sərtləşmələrə gedəcəklərini də dilə gətirib. Xüsusən də “şpionaj”la saxlanılanlarla bağlı sərt addım atacaqlarını deyib. “Qanunvericiliyə dəyişiklik ediləcək, sərtləşdiriləcək, cərimə həbslə əvəzlənəcək, müddətləri artırılacaq. Son zamanlar Azərbaycana işləyənlərin sayında artım var. Bizim həbsxanaların imkanları məhdud olduğundan, hansısa mexanizm hazırlamalıyıq. Amma ölüm hökmü məsələsində dərindən fikirləşməliyik. Əslində onların addımı xəyanətdir, lakin bunlar azmış, aldanmış, beyni yuyulmuş insanlardır. İnsan dünyada heç nəyin pulsuz olmadığını dərk etmədən Qarabağdakı vəziyyəti təhlil edir. Məsələn, fransız adı altında Qarabağın daxili siyasəti ilə maraqlanırlar, hansı siyasətçinin hansı işi var və ya xalq nədən narazıdır, fransızın bu təhlilə ehtiyacı yoxdur. O, başa düşür ki, bu fransız deyil və bunun üçün gedirsə, məqsədinin nə olduğu aydındır. Gündəlik həyatımızdan məlumat çıxarmağa daha çox diqqət yetirirlər. Onları daha da ağırlaşdırmaq üçün hansı problemlərimiz olduğunu anlamaq istəyirlər və hansısa hərbi hissə harada yerləşir, bu sahədə heç bir problemi yoxdur, hər şeyi yuxarıdan görə bilirlər. Onların vəzifəsi daxili siyasi problemlərimizi başa düşmək və bizi parçalamaqdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button