ManşetSiyasət

Almaniya da Fransaya qoşuldu: “Aİ-nin missiyası Azərbaycana da yayılmalıdır”

“Azərbaycan Qarabağda “blokada”nı dərhal aradan qaldırmalıdır. Aİ-nin Ermənistandakı missiyası (EUMA) gücləndirilməli və Azərbaycan ərazisinə də yayılmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot özünün X mikrobloqunda (keçmiş “Twitter”) yazıb.

O iddia edib ki, guya,  Qarabağda “real humanitar fəlakət və etnik təmizləmə təhlükəsi” var. “Beləliklə, Azərbaycan kövrək Ermənistan-Azərbaycan sülh prosesini və Cənubi Qafqazda təhlükəsizliyi təhlükə altına qoyur. Aİ və Almaniya susmamalıdır. Azərbaycan blokadanı dərhal aradan qaldırmalıdır. Bizə AŞ-nin Dağlıq Qarabağda “fakt-araşdırıcı” missiyası lazımdır. Aİ-nin Ermənistandakı missiyası (EUMA) gücləndirilməli və Azərbaycanın dövlət ərazisinə də yayılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button