
Ermənistan parlamentində Qarabağla bağlı müzakirələrin keçirilməsi təklif edilib. Təklifi irəli sürən isə müxalifətdən olan deputat Artsvik Minasyandır. JAMAZ.İNFO xəbər verir ki, Minasyan Qarabağdakı separatçıların “deputat”ları ilə Ermənistan parlamentinin deputatları arasında onlayn müzakirələrin aparılması ideyasını da gündəmə gətirib. Və bununla bağlı spiker Alen Simonyana müraciət edib.
Simonyan isə öz növbəsində deyib ki, Qarabağdakı “deputat”larla görüş məsələsi sentyabrın 19-na təyin edilibmiş. Lakin 13-14 sentyabr hadisələrindən dolayı görüş baş tutmayıb.
O qeyd edib ki, hal hazırda belə bir görüşü proqnozlaşdırmaq mümkün deyil. “Hazırda Laçınm dəhlizi bağlıdır. Mən Xankəndinə necə gedə bilərəm ki? Bunu təsəvvür belə etmirəm. İnternet üzərindən müzakirələrə gəlincə isə bu mümkündür. Lakin bunu da Qarabağdakı həmkarlarımız istəmələdirlər”.