ManşetSiyasət

ADRP-dən ard-arda iki istefa

Dünən Azərbaycan Demokratiya və Rifah Hərəkatından iki istefa baş verib. JAMAZ.İNFO xəbər verir ki, ilk istefa İbrahim İbrahimlidən gəlib.

ADRH-nin İdarə Heyətinin üzvü bildirib ki, onun istefa verməsinin səbəbi partiyada bir qrup şəxsin son dövrlər separatçılıq fəaliyyəti ilə məşğul olmuş, habelə reputasiyasında şübhəli məqamlar olan fərdlərin şirnikləndirilərək ADR-ə cəlb edilməsidir.

İkinci istefa isə İdarə Heyətinin üzvü olan Etibar Bayramlıdan gəlib. O, istefa verməsinin konkret səbəblərini açıqlamayıb.

JAMAZ.İNFO xəbər verir ki, Etibar Bayramlı yeni yaradılmış “Milli Düşüncə və İnkişaf” İctimai Birliyinə qoşulub.

Bildirək ki, “Milli Düşüncə və İnkişaf” İB yeni yaradılıb və rəhbəri keçmiş ADRP-çi Əlövsət Talışxanlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button