ManşetSiyasət

Abdullahian: “Azərbaycan İranla Ermənistan arasında quru sərhədlərin bağlanmayacağına dair zəmanət verib”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən gün İranda səfərdə olub. JAMAZ.İNFO xəbər verir ki, nazir İran prezidenti və XİN başçısı ilə görüşüb.

Həmin görüşdən sonra yerli mediaya açıqlama verən İranın XİN başçısı Əmirhüseyn Abdullahian bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılarsa, İranla Ermənistan arasında quru sərhədlərinin bağlanmayacağına zəmanət verib. “Azərbaycan İranla Ermənistanla birləşdirən marşrutu bağlamağa çalışmayacağına dair İrana zəmanət verilib. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İranla Ermənistan arasında tarixi marşrutun bağlanmayacağına əmin edib. Biz həmçinin İrəvanla Bakı arasında sülh danışıqlarında irəliləyişi alqışlayır və regional dialoq və sülh kursuna fəal diqqət yetiririk. Qafqaz ölkələr arasında münaqişə meydanına çevrilməməlidir. Bir sıra xarici aktorlar regionun müəyyənləşdirilməsi və sui-istifadəsi ilə məşğuldurlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button