ManşetÖlkə içi

14 azərbaycanlının qatilinin qızı aksiya keçirir: Babayan isə “məni də tutacaqlar” deyir

Ötən gün Dövlət Sərhəd Xirmətinin keçirdiyi əməliyyat nəticəsində Laçın Sərhəd Nəzarət Məntəqəsindən keçərək Ermənistana getmək istəyən Xocalı rayonu, Meşəli kəndində azərbaycanlıların qətliamını həyata keçirən Vaqif Xaçatryanın həbs edilməsi Ermənistanda qalmaqala səbəb olub. Daha doğrusu, bir qrup şəxs 14 nəfərin qatilini müdafiə etmək üçün bütün həyasızlıqlara əl atmağa başlayıblar.

JAMAZ.İNFO xəbər verir ki, bu gün Xaçatryanın qızı açıqlama yayıb ki, atasını müdafiə etmək üçün saat 11:00-da BMT-nin Ermənistan nümayəndəliyinin qarşısında aksiya keçirəcək. Oradan isə Qırmızı Xaç Cəmiyyətinin ofisinə gedəcək. O, hamını bu aksiyaya qoşulmağa çağırıb.

Qarabağda yaşayan ermənilər isə DSX-nın əməliyyatından daha çox təşvişə düşüblər. Xüsusən də Birinci Qarabağ Müharibəsi zamanı vəhşilik törətmiş ermənilər ciddi narahatdırlar. Onlar Vaqif Xaçaturyanın həbs edilməsinin onlar üçün xəbərdarlıq olduğunu düşünürlər.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılarının rəhbərlərindən biri, azərbaycanlıları qətlə yetirən, Laçının və Şuşanın işğalında mühüm rol oynayan, Qarabağın işğalında xüsusi əməliyyatlarda iştirak edən qatil, cinayətkar Samvel Babayan da qorxuya düşüb.

Erməni bloger Albert İsakovun yutub kanalına müsahibə verən Babayan erməni hakimiyyətini bacarıqsızlıqda ittiham edərək Azərbaycanın həbs edəcəyi cinayətkarların siyahısında adının olduğunu vurğulayıb.

Öz cinayət əməllərini ört-basdır etməyə cəhd edən qatil Samvel Babayan separatçılarla Ermənistan hakimiyyət arasında mövcud olan fikir ayrılıqlarından da danışıb. “Azərbaycan 300 nəfərdən çox cinayətkarı beynəlxalq axtarışa verib. Mən danışıqlarla bu şəxslərin bağışlanmasını istəyirəm. Amma ermənilər məni günahlandırdı ki, mən özümə görə narahatam. Erməni hakimiyyəti səhv edir. Mən də bu siyahıdayam”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button