Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beynəlxalq Demokratlar Birliyinin (UİD) nümayəndələrini qəbul edərəkən, bir çox məsələlərlə yanaşı, Qarabağ məsələsinə də toxunub. JAMAZ.İNFO xəbər verir ki, son 18 ildə Türkiyənin haradan haraya qədər gəldiyini görmək mümkündür.
O deyib ki, son illər iqtisadi və terror başda olmaqla, Türkiyə hədəfə alınıb. “Bu hücumların heç biri təsadüf deyil”.
Ərdoğan daha sonra deyib: “Türkiyənin Liviya, Suriya, Ege, Aralıq dənizində, ən son Dağlıq Qarabağda biləyini kimsə bükə bilmədi. Ona görə də, hər tərəfdən uğurlarımıza, birliyimizə və siyasətimizə mane olmaq üçün ünvanımıza böhtanlar deyir, ittihamlar səsləndirirlər. Son Türk və Müsəlman düşmənliyinin bir səbəbi də birliyimizdir. Hər şeyi özümüz etməliyik, birlikdə etməliyik”.