
Bakıda avtomobilə odlu silahdan atəş açılıb. Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.
Qeyd edək ki, Rza Hacıyev Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşıdır. O, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub. Rza Hacıyev dekabrın 16-sı gecə 12 radələrində Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin “Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.