İqtisadiyyat
Türkiyədə dolların məzənnəsi rekord vurdu
Türkiyədə ABŞ dollarının məzənnəsi yeni həddə yüksəlib.
Jamaz.info xəbər verir ki, mayın 30-da 1 ABŞ dollarının məzənnəsi 0,54% artaraq 20,2206 lirəyə yüksəlib.
Dolların alış-satış qiymətləri 20.14-20,15 lirə arasında dəyişir.
Avro isə lirə qarşısında 0,26% bahalaşaraq 21,6834 lirəyə yüksəlib.