İqtisadiyyat
Təbii qazın qiyməti bahalaşdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. “APA-Economics”in məlumatına görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,53% artaraq 2,864 ABŞ dolları təşkil edib.