İqtisadiyyat
Sabahdan Xankəndiyə elektrik enerjisi verəcəyik – Qubad İbadoğludan maraqlı şərh
“Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-sı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. Odur ki, sabahdan başlayaraq Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik. Belə ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndiyə ötürüləcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekpert Qubad İbadoğlu bildirib. Ekspert Xankəndinin elektrik enerjisi ilə təmin olunmasında 2 problem olduğunu deyir:
“Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək. Burda 2 problem görsənir. 1) “Azərişıq”ın işçilərinin Xankəndiyə giriş icazəsi yoxdur. 2) Xankəndidə yaşayan ermənilər bizim manatı tanımırlar.
O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndidə yaşayan əhali qrupuna da şamil olunacaqmı?
Yeri gəlmişkən, artıq 2 gündür ki, Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçərək, ora Gürcüstan vasitəsilə çatdırılır. Ermənilər buna görə etiraz edirlər ki, onlara Azərbaycandan keçən qaz lazım deyil, bu risklidir, azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki krant bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki “rubilnik” bizim əlimzdədir.
Amma bunu etməyə cəsarət lazımdır. Axı, Xankəndidə rus “sülhməramlıları” da məskunlaşıb”.