İqtisadiyyat

“Sədərək”də xalçalar 10 manata satışa çıxarıldı

“Sədərək”də yağışın yararsız vəziyyətə saldığı xalçalar 10 manata satışa çıxarılıb. Tribunainfo.az yazır ki, güclü yağışdan sonra “Sədərək” ticarət mərkəzini bu basması xüsusilə xalça al-verçilərini ziyana salıb.

Satıcılar vəziyyətdən çıxmaq üçün unikal yola əl atıblar. İslanmış bütün xalçalar qurudulmaq üçün ticarət mərkəzinin həyətinə sərilib. Elə burdadan da satışa çıxarılıb. Yeni olsa da, islanmış xalçalar olduqca ucuz qiymətə təklif edilir.
Qiymətlər 10-50 manat arası dəyişir. Satıcılar bildirir ki, mağazaların çoxu sığortalanmadığı üçün sahibkarlara ciddi ziyan dəyib. Onlar da çıxış yolu kimi bu xalçaları ucuz qiymətə satmaqda görüblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button