İqtisadiyyat

“Oba” marketdə qiymət saxtakarlığı

“Oba” marketlər şəbəkəsi alıcıları endirim adı ilə aldadır. Satıcıları bu işi market rəhbərliyinin adı ilə həyata keçirir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkədə Elvin Məmmədli yazıb.

O bildirib ki, məhsulun üstündə ayrı qiymət yazılır, kassa da isə fərqli qiymətə verilir: “Oba” marketdə (Təbriz küçəsi, Şuşa restoranı ilə üzbəüz) məhsulun üzərindəki qiymətlə kassa qiyməti bir deyil. Müştəriləri aldadırlar. Şikayətimi bildirirəm, satıcı deyir ki, yuxarıdan belədi, bizlik deyil”.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button