
İqtisadiyyat
Neftin qiyməti 140 dollara qalxacaq
Yaxın günlərdən neftin qiyməti 140 dollara qalxa bilər. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı “Reuters” agentliyinə ABŞ Maliyyə Nazirliyindəki mənbə bildirib.
Oo deyib ki, əgər Rusiya neftinə qoyulmuş sanksiya aradan qaldırılmasa, qiymətin qalxması qaçılmaz olacaq.
ABŞ-ın maliyyə naziri Janet Yellen isə bir neçə gündən sonra Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki ilə Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq təkliflərini müzakirə edəcək. ABŞ departamentinin rəsmisinin sözlərinə görə, Yaponiya “qiymət tavanı”nın çox aşağı səviyyədə müəyyən edilməsindən narahatlığını ifadə edib, lakin bir barel üçün 40-60 dollar qiymətinə qarşı çıxmayıb.