İqtisadiyyat

Naxçıvanda Dövlət Xidməti “Azərsığorta”ya birləşdirildi

Naxçıvanda ləğv edilən Naxçıvan MR Dövlət Sığorta Xidməti dövlət sığorta şirkəti olan “Azərsığorta”ya birləşdirilib.

Jamaz.info xəbər verir ki, bu barədə “Azərsığorta” məlumat yayıb.

Qeyd edilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyinin əsasında “Naxçıvan regional mərkəz” filialı yaradılıb və beləliklə Naxçıvan Dövlət Sığorta Xidməti yenidən “Azərsığorta”nın tərkibinə qatılıb.

Xatırladaq ki, Xidmət NMR Dövlət Sığorta Baş Agentliyi adı ilə 1994-2021-ci illərdə “Azərsığorta”nın tərkibində fəaliyyət göstərib. Agentlik 2021-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə “Naxçıvan MR Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsinə çevrilib. Ölkə ərazisində sığorta fəaliyyəti lisenziyalı fəaliyyət növüdür və bununla bağlı icazələr Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən verilir. Xidmət isə 2023-cü ilə kimi AMB-nin lisenziyası olmadan fəaliyyət göstərib. Bu məsələnin gündəmə gəlməsi ilə Naxçıvan MR Ali Məclisi bu il mayın 3-də Xidmətin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button