İqtisadiyyat
“Kapital bank” müştərilərini belə narazı salır – Şikayət
“Kapital Bank” müştərinin səhvən başqa karta vurduğu vəsaiti geri qaytarmaqdan imtina edib.
Jamaz.info Tribunainfo.az-a istinadən xəbər verir ki, sözügedən bankın müştərisi üzləşdiyi problemi sosial şəbəkədə ictimailəşdirib. Müştəri bildirib ki, məbləğ 20 manatdan az olduğu üçün bank o pulu geri qaytarmaqdan boyun qaçırıb:
“Şikayətim “Kapital Bank” ilə bağlıdır. Tələsirdim, bonusumdan öz kartıma pul ötürəcəkdim. Əvəzində tanımadığım şəxsin “Kapital kart”ına köçürdüm pulu. Son anda anladım, amma gec idi. Bankın operatoru deyir ki, 20 AZN-dən az olan məbləğlər qaytarılmır. Anlamıram, güvəndiyimiz, pullarımızı əmanət etdiyimiz, daim prosedur apardığımız bank nə üçün bu qədər laqeydlik edir? 20 manatdan az məbləğ müştərinizin pulu sayılmırmı?”.