İqtisadiyyat

”İrşad” və “Kapital Bank” vətəndaşın pulunu mənimsəyib – ŞİKAYƏT

Sentyabr ayının 11-də Sumqayıt şəhərində yerləşən “İrşad Electronics” mağazasından posterminal vasitəsilə “Birkart”dan 259,99 manat ödəniş etdiyim zaman şəbəkə üzrə “timeout” xətası vaş verdi. Ancaq həmin məbləğ kart hesabımdan çıxdı. “İrşad Electronics” ona mədaxil olmadığını bildirir. “Kapital Bank” deyir, pul “İrşad”dadı , “İrşad” deyir, “Kapital Bank”da. JAMAZ.İNFO xəbər verir ki, bu problemlə Ramil Babayev üzləşib.

O bildirib ki, kartdan pulun çıxdığını təsdiq edən qəbz olsa da, “İrşad Electronics” ona mədaxil olmadığında israr edir: “Üzləşdiyim problemlə bağlı “Kapital Bank”a zəng etdim, 5 iş ggünü ərzində məlumat verəcəklərini bildirdilər. Bu gün isə “Kapital Bank”dan bildirdilər ki, həmin məbləğ hesabımdan 13.09.2023-cu il tarixində çıxıb və “İrşad”ın hesabına köçüb. Bankdan mənə təsdiq kopdu da təqdim etdilər. Bunu “İrşad”a bildirsəm də, təkidlə onlara mədaxil olmadığını deyirlər, məsuliyyəti üzərlərindən atırlar. 260 manat ortada yoxa çıxıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button