İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Jamaz.info xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.94% və ya 0.78 dollar artaraq, 84.15 ABŞ dollarına ticarət edilib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 80,89 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button