Gündəm

Köçəryan Moskvaya getdi

Ermənistanın ikinci prezidenti, Xocalı soyqırımının əsas iştirakçılarından olan Robert Köçəryan bu gün Moskvaya 3 günlük səfərə gedib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə NEWS.am saytı məlumat yayıb.

Erməni mənbələri Köçəryanın Moskvada keçiriləcək “Sistem” şirkətinin Direktorlar Şurasının iclasında iştirak etmək üçün getdiyini bildirirlər. Belə ki, keçmiş prezident həmin şirkətin Direktorlar Şurasının üzvüdür.

Lakin onun Moskva səfəri heç də hansısa şirkətin iclasında iştirak etmək məqsədi daşımır. Əksinə, Köçəryan Kreml tərəfindən dəvət olunub və onun bir sıra siyasi görüşlər keçirəcəyi şübhəsizidir.

Xatırladaq ki, Qarabağ savaşı zamanı Robert Köçəryanın Moskvaya səfər edəcəyi gözlənilsə də, koronavirus bəhanəsi ilə proses təxirə salındı. Görünür, Kreml Köçəryanın indi gəlməsini məsləhət bilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button