Gündəm
“Gallup” Ermənistanda sorğu keçirib: ermənilər Qarabağ məsələsi ilə bağlı nə düşünür?
“Gallup” Beynəlxalq Assosiasiyası Ermənistanda 26-28 may tarixlərində keçirdiyi soruğunun nəticələrini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, sorğuda iştirak edənlərin 89,3%-i “Qarabağ ermənilərinə Azərbaycanın tərkibində milli azlıq statusu verilməsini” qəbuledilməz olduğunu bildirib.
Respondentlərin yalnız 4,4%-i bunu məqbul hesab edib.
Bundan başqa, Brüsseldə Azərbaycan və Ermənistan arasında görüşün keçirilməsinə mənfi yanaşan ermənilərin sayı 51 faiz təşkil edib. Onların 34,7%-i danışıqları müsbət qiymətləndirib.